Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
 
Yasamal rayonu ərazisində, Dairəvi yolda "Mercedes" markalı minik avtomobili "Daewoo" markalı, 90 TG 260 dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna çırpılıb. Nəticədə minik avtomobilinin 41 yaşlı sürücüsü ağır xəsarətlər alıb və hadisədən 2 saat sonra xəstəxanada vəfat edib.
 
Bildirilir ki, qəzaya avtobusun hərəkət sürətini qəfil azaltması və sürətlə hərəkət edən minik avtomobilinin arxadan olan çırpılması səbəb olub.
 
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.