Moskvada həbs edilən azərbaycanlı vəkil Elman Paşayev azadlığa buraxılıb.
Bu barədə Unikal.org-a E.Paşayevin yaxınları deyib. Bildirilib ki, şərlənərək həbs olunan Elman Paşayevin günahı sübuta yetirilmədiyi üçün azadlığa çıxıb.
Qeyd edək ki, bu ilin iyul ayında Moskvaətrafının Mıtişinski şəhər məhkəməsi beynəlxalq hüquq şirkəti "Elman Qrupun rəhbəri Elman Paşayev zorla pul qoparmaqda şübhəli bilinərək iki aylıq həbs etmişdi.