Kürdəmir rayonunda kafedən 2800 manat oğurlanıb.

Bu barədə Unikal.org-a  Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, Kürdəmir rayon Polis şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən sentyabrın 27-də şəhər ərazisindəki kafelərin birində Gəncə şəhər sakini Ş.Məmmədovanın 2850 manatını oğurlamaqda şübhəli bilinən həmyerlisi Elzurum Babayev saxlanılıb.