"ABŞ prezidenti Barak Obamanın ukraynalı pilot Nadejda Savşenkonun Rusiyadan Ukraynaya qaytarılmasında böyük rol oynayıb"
Bu barədə Ukraynanın ABŞ-dakı səfiri Valeri Çalıy bildirib.
Onun sözlərinə görə, Obama Savçenkonun azadlığa çıxmasına hər zaman diqqət ayırıb.
"Prezident Obama bu məsələyə diqqət ayırıb. Deyə bilərəm ki, ABŞ prezidentinin rolu olduqca əhəmiyyətli olub. Aydındır ki, bunu o, "Normand dördlüyü" liderləri – Merkel və Olland vasitəsilə edib", - deyə səfir bildirib.
Xatırladaq ki, martın 22-də Rusiyanın Rostov vilayətinin Doneçk şəhər məhkəməsi sabiq Ukrayna hərbçisi Nadejda Savçenkonun 22 il müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı qərar çıxarmışdı.
Savçenko "VQTRK" şirkətinin jurnalistləri İqor Kornelyuk və Anton Voloşinin öldürülməsində, həmçinin Rusiya Federasiyası sərhədlərini qanunsuz şəkildə keçməkdə şübhəli bilinirdi.
Poroşenko tərəfindən Milli Qəhrəman adı verilən Savçenko ötən gün Rusiya prezidenti Vladimir Putinin sərəncamı ilə həbsdən azad edilib və ölkəsinə təhvil verilib.