Ağcabədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org-un report-a istinadən verdiyi məlumata görə, hadisə Yevlax-Bəhramtəpə avtomobil yolunun Qiyamadinli kəndi ərazisində qeydə alınıb.

"Belarus" markalı traktorla "VAZ-2107" markalı avtomobil toqquşub. Nəticədə minik avtomobilində olan Mehdi Bayramov ölüb, onun övladları - Səxavət və Hüseyn Bayramov ağır xəsarət alıb. Yaralılar Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.