Mingəçevir şəhərində oğurluq hadisəsi baş verib.

Unikal.org Teleqraf.com-a istinadən xəbər verir ki, şəhər ərazisindəki evlərin birindən pul və qızıl-zinət əşyaları oğurlanıb.

Mingəçevir şəhər polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakini Asiman Allahverdiyev saxlanılıb.