Ermənistanın daxili siyasətində sabiq partiyadaşlar arasında yeni böhran başlaya bilər.
Bu barədə Ermənistanın "Johovurd" qəzeti xəbər verir.
Məlumata görə, sabiq xarici işlər naziri Vardan Oksanyan özünü yeni partiya yaradır. O, partiyaya keçmiş silahdaşlarını cəlb etməyə çalışır.
"Məsələ burasındadır ki, formal olaraq "Çiçəklənən Ermənistan" parlament fraksiyasında olan sabiq xarici işlər naziri Oskanyanın tərəfdarları son zamanlar aktiv formada partiyanın sıralarını tərk edən deputatları öz tərəflərinə çəkərək yeni yaradılan "Birləşmə" partiyasına cəlb etmək istəyirlər. Digər sözlə, Oskanyanın "sabiqlər"in əsasında yeni partiya yaradır.
"Çiçəklənən Ermənistan"ın sabiq üzvləri ilə yanaşı Oskanyanın komandası Robert Koçaryanın dövründə yüksək vəzifə tutan, lakin sonradan vəzifələrini itirən ictimai xadimləri də öz tərəflərinə çəkməyə çalışır. Bunlar "Çiçəklənən Ermənistan" partiyasında hiddətə səbəb olub. Məsələ o yerə çatıb ki, partiyanın sədri Naira Zöqrabyan öz sabiq partiyadaşlarına bu işi dayandırmağı tapşırıb".
Ümumilikdə qeyd olunub ki, Oskanyan Koçaryanın keçmiş komandasını ətrafına toplayaraq hazırki prezident Serj Sarkisyana qarşı güclü cəbhə yaratmaq niyyətindədir.(AzVision.az)