Bakı şəhərinin Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasında yanğın olub.

FHN-dən Unikal.org-a verilən məlumata görə, binanın pilləkən qəfəsinin 2-ci mərtəbəsində quraşdırılmış 10 ədəd elektrik sayğacı yanıb. Yanğın zamanı 15 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.