Salyanda azyaşlı uşaq yük maşınının altında qalaraq dünyasını dəyişib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə rayonun Xıdırlı kəndində qeydə alınıb.

Belə ki, həyətdə velosiped sürən kənd sakini, 2008-ci il təvəllüdlü Nuran Məhəmməd oğlu Məlikov "KaMAZ markalı yük maşınının altında qalaraq dünyasını dəyişib.