Respublika Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilən həkim, həmin Mərkəzin şöbə müdiri olmuş Azad Ələkbərov vəfat edib.
Unikal.org "Qafqazinfo"ya istinadən xəbər verir ki, A. Ələkbərov yanğından sonra cinayət işinə təqsirləndirilən şəxs qismində cəlb edilib və barəsində həbs qətimkan tədbiri seçilib. İstintaq zamanı A. Ələkbərov infarkt keçirib və ürəyində problemlər yarandığı üçün stend qoyulub.
Onun səhhətinin ağır olmasına görə barəsindəki cinayət işi ayrıca icraata götürülmüşdü və istintaq hərəkətləri dayandırılmışdı. A. Ələkbərovun vəziyyəti ağır olduğu üçün onunla birgə təqsirləndirilənlər şəxslərin işi məhkəməyə göndərilsə də, şöbə müdirinin işi istintaqda saxlanılmışdı. A Ələkbərov bu müddət ərzində Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində müalicə alırdı.
Sentyabrın 29-da isə A. Ələkbərovun səhhəti pisləşib və o, dünyasını dəyişib.