Dövlət Sərhəd Xidməti (DSX) tərəfinÂdən etibarlı sərhəd mühafizəsinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd nəzarəti tədbirləri davam etdirilir.
DSX-dən Unikal.org-a verilən məlumata görə, son günÂlərdə 3 əcnəbi vətəndaşın saxta sənədlərlə AzərÂÂÂÂÂÂbayÂcan dövÂlət sərhədindən keçməkÂ, 1 nəfər Azərbaycan vətəndaşının isə ölkə ərazisinə qaçaqmal keçirmək cəhdinin qarÂşısı alınÂıb, 220 nəfər axtarışda olan şəxs saxlanılaraq aidiyyəti hüquq-mühafizə orqanlarına təhvil verilib.
14 sentyabr tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Moskva reysi ilə uçub gedən Pakistan vətəndaşı 1969-cu il təvəllüdlü İqbal Zahidin sərhəd naryadına təqdim etdiyi pasporta vurulmuş İspaniyaya məxsus Şengen vizasının və daimi yaşayış kartının saxta olduğu müəyyən olunub.
16 sentyabr tarixində "Samur dövlət sərhədindən buraxılış məntəqəsində RF-dən AR-ə gələn Özbəkistan vətəndaşı 1984-cü il təvəllüdlü Yakubov Müzəffər Muxtaroviçin əl çantasından və üzərindən ümümi çəkisi 115 qram gümüş, 53 qram qızıl olan 23 ədəd zərgərlik məmulatları aşkar olunub.
21 sentyabr tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Moskva-Bakı reysi ilə uçub gələn Hindistan vətəndaşı 1993-cü il təvəllüdlü Kandasamy Sreekanthının sərhəd naryadına təqdim etdiyi pasportun saxta olduğu şübhə doğurub və laboratoriya şəraitində yoxlanılaraq təsdiqini tapıb. Baxış zamanı saxlaÂnılan şəxsin üzərindən ona məxsus olan 1993-cü il təvəllüdlü Ganeshalingam Manojhpirabanın adına Şri-Lanka pasportu aşkar olunub.
21 sentyabr tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Moskva-Bakı reysi ilə uçub gələn Hindistan vətəndaşı 1975-ci il təvəllüdlü Ramasamy Subramaniamın sərhəd naryadına təqdim etdiyi pasportun saxta olması şübhə doğurub və laboratoriya şəraitində yoxlanılan zaman təsdiqini tapıb. Saxlanılan şəxsin üzərindən ona məxsus olan 1980-ci il təvəllüdlü Palaiah Kamalakannanın adına Şri-Lanka pasportu aşkar olunub.
Saxlanılmış şəxslər barəsində müvafiq tədbirlər həyata keçirilib.