Bu günlərdə Bakıda mənzildən içərisi pulla dolu seyf oğurlanıb.
 
 
Xəzər rayon Zirə qəsəbəsində yerləşən və Bakı sakini Mübariz Mədətova məxsus olan bağ evindən içərisində 10 000 ABŞ dolları və 40 000 avro olan seyf oğurlanıb. Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ruslan Nabatov və Sabirabad rayon sakini Ramil Bağırov tutulublar.
 
Faktla bağlı araşdırma aparılır. 
 
Qeyd edək ki, içi pulla dolu seyfi oğurlanan Mübariz İsrafil oğlu Mədətov yüksək vəzifələrdə çalışıb. O, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsində çalışarkən ölkə başçısının göstərişi ilə işdən çıxarılıb. Buna səbəb isə M.Mədətovun oğlu Xalid Mədətovun idarə etdiyi "Mercedes G Class" markalı avtomobillə Binə qəsəbəsi yaxınlığında xalq artisti Ağasəlim Abdullayevin ailəsinin olduğu maşını vurması və ailənin iki üzvünün ölməsi olmuşdu.(Lent.az)