Binə qəsəbəsində 160 saylı marşrut xətti üzrə hərəkət edən avtobusun qatarla toqquşması nəticəsində dünyasını dəyişən 13 yaşlı Dadaşzadə Yusifin anasının intihar etməsi ilə bağlı xəbərlər yayılıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, sözügedən məlumat həqiqəti əks etdirmir.

Belə ki, dəhşətli hadisə nəticəsində övladını itirməsinin stressini yaşayan ananın dünən halı pisləşib. Yas mərasiminə gələn yaxınları Dadaşzadə Həqiqətə kömək üçün təcili tibbi yardım stansiyasına müraciət ediblər. Yaşadıqları ünvana gələn təcili tibbi yardım stansiyasının həkimlərinin müdaxiləsindən sonra onun səhhətində yaranan problem aradan qaldırılıb.

Qeyd edək ki, dəhşətli qəzada həyatını itirən Dadaşzadə Yusif 17 ildən sonra dünyaya gəlib və ailənin yeganə övladı olub.

Famil Fərhadoğlu