5 oktyabr - Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar təhsil müəssisələrində pul yığılması halları olarsa valideynlər Təhsil Nazirliyinin "146" qaynar xəttinə müraciət edə bilərlər.

Bu barədə Unikal.org-a Təhsil Nazirliyindən məlumat veriblər. Nazirlikdən bildirilib ki, bu halların hər biri araşdırılacaq:

"Belə hallarla rastlaşan şəxslər Təhsil Nazirliyinin "Qaynar xətt xidmətinə anonim olmadan müraciət edə bilər. Bu halların hər biri araşdırılacaq, faktlar təsdiqini tapdığı təqdirdə müvafiq tədbir görüləcək".

Famil Fərhadoğlu