İnstagram sosial şəbəkəsinin fəaliyyətində problem yaranıb.

Unikal.org xəbər verir ki, dünyanın bir sıra ölkələrində, o cümlədən Azərbaycanda istifadəçilər İnstagram-dakı şəxsi profillərinə daxil ola bilmirlər.

Sözügedən problemin nədən qaynaqlandığı hələlik məlum deyil. 

*** 11:33

İnstagram sosial şəbəkəsinin fəaliyyətində yaranan problem aradan qaldırılıb.

Unikal.org xəbər verir ki, artıq istifadəçilər şəxsi profillərinə daxil ola bilirlər.