Ermənistan ordusunun Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində yerləşən hərbi hissələrindən birində əsgər ölüb.
Unikal.org xəbər verir ki, publika.az-a Ermənistan KİV-nə istinadən xəbər verir ki, mayın 25-də saat 18:20-da 1997-ci il təvəllüdlü erməni əsgər Vaqe Yeqoyan müəmmalı şəkildə ölüb.
Ermənistan müdafiə nazirliyi hadisə ilə bağlı araşdırma apardıqlarını açıqlayıb.
Erməni mediası isə hadisənin daxili nizam-intizamın pozulması nəticəsində baş verdiyi iddiasını irəli sürüb. İddiaya görə, V. Yeqoyan əsgər yoldaşının actdığı atəş nəticəsində ölüb. Lakin bunun qəsdən, yoxsa ehtiyatsızlıqdan baş verdiyi məlum deyil.