Azərbaycanda onlayn oyunlar nəzarətə götürülə bilər.

Unikal.org  bildirir ki, bu barədə təklif Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında irəli sürülüb.

"Uşaqların zərərli informasiyalardan qorunması haqqında" qanun layihəsinin müzakirəsi zamanı millət vəkilləri, ilk növbədə, valideynlərin maarifləndirilməsinin vacib olduğunu qeyd ediblər.

Komitə üzvləri bəzi onlayn oyunların uşaqlarda asılılıq yaratdığı və mənfi xüsusiyyətlər aşıladığını deyərək, oyunların da nəzarətə götürülməsini təklif ediblər. Həmçinin, nəzarəti həyata keçirəcək orqanın müəyyən edilməsi və digər təkliflər irəli sürülüb.

Qanun layihəsi ikinci oxunuş üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.