Bakının Nərimanov rayonunda qardaşın bacını öldürməsinin bəzi təfərrüatları bəlli olub.
Unikal.org xəbər verir ki, anspress-in hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisə qısqanclıq zəminində törədilib.
"Qətlə yetirilən 1986-cı il təvəllüdlü Rübabə Çobanova subay olub. Ancaq onun "pis yola" düşdüyü üçün qardaşı tərəfindən öldürüldüyü ehtimal edilir. Belə ki, Emin Çobanov bacısının əxlaqsız hərəkət etdiyini öyrənib və onu öldürüb".
Qeyd edək ki, bu gün Bakıda qətl törədilib. Hadisə Nərimanov rayonu ərazisində qeydə alınıb. Faiq Yusifov küçəsi 36, mənzil 42 ünvanında yaşayan 1994-cü il təvəllüdlü Emin Çobanov aralarında yaranan şəxsi mübahisə zəminində bacısı 1986-cı il təvəllüdlü Rübabə Çobanovanı çoxsaylı bıçaq zərbələri endirərək qətlə yetirib.
Polis və prokurorluq əməkdaşlarının apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törədən 22 yaşlı E. Çobanov tutularaq istintaqa təhvil verilib.
Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.