"Bakılifttəmir İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad olunan Qüdrət Şükürov Azərbaycanı tərk edib.
Unikal.org virtualaz.org-a istinadən xəbər verir ki, o İB-də istefa məsələsinin həll edildiyi ümumi yığıncağa qatılmayıb. Buna səbəb isə onun hazırda Almaniyada olmasıdır.
Xəbərə görə, Q. Şükürov ürəyində yaranmış propblemlərlə əlaqədar bu ölkəyə müalicə məqsədi ilə gedib.