Ekologiya və Təbii Sərvətlər nazirliyinə yeni şöbə müdiri təyin edilib. 

Unikal.org-un əldə etdiyi məlumata görə, nazir Muxtar Babayevin əmri ilə Namik Xıdırov nazirliyin audit şöbəsinin müdiri vəzifəsinə gətirilib. 

Məlumatı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Unikal.org-a təsdiqləyiblər. 

Qeyd edək ki, Namik Xıdırov bundan əvvəl Kənd Təsərrüfatı Nazirliyinin Maliyyə Şöbəsində sektor müdiri vəzifəsində çalışıb.Bundan əvvəl isə sözügedən vəzifəni Fərid İslamov icra edirdi. 

 Famil Fərhadoğlu