"Nar-ın təqdim etdiyi "Full paketlərinin istifadəçilərinin sayı sürətlə artmaqdadır. 

Unikal.org xəbər verir ki, sərfəli qiymətə ölkədaxili və şəbəkədaxili dəqiqələr, bol internet və çoxsaylı bonusların daxil olduğu "Full paketlərindən istifadə edən abunəçilərin sayı son 6 ay ərzində 40 % artıb.

Abunəçilərin istək və tələblərini hər zaman nəzərə alan "Nar 6 müxtəlif "Full paketi təqdim edir. Qeyd edək bu təkliflər arasında abunəçilərin ən çox sifariş etdiyi paket - içərinsində 300 ölkədaxili dəqiqə və 1.5 GB internet olan "Full 9 paketidir.

"Full paketlərini sifariş edən "Nar abunəçilərinə internet və dəqiqələri sərfəli qiymətə əldə etməklə yanaşı, ay ərzində topladıqları bonusları növbəti aylara keçirə bilmək imkanı verilir. Bundan əlavə, Azərbaycan mobil rabitə bazarında ilk dəfə olaraq "Full paketlərinin istifadəçiləri qalıq bonusların dəyişdirilməsi funksiyasından - "Exchange xidmətindən yararlana bilirlər. Beləki, "Nar abunəçiləri dəqiqələri meqabaytlara və ya əksinə, meqabaytları dəqiqələrə dəyişə bilmək imkanına sahibdirlər.

"Full paketləri haqqında ətraflı məlumatı www.nar.az/full internet səhifəsindən öyrənmək olar.

"Azerfon şirkəti ("Nar ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. "Nar şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.