Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən Elşən İsmayılov və Mirrahim Abdullayevin cinayət işi üzrə məhkəməsi başa çatıb.
Unikal.org report-a istinadən bildirir ki, hakim Zeynal Ağayev sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə E.İsmayılov 15 iil və M.Abdullayev isə 11 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ittiham aktına görə, E.İsmayılov və M.Abdullayev bir qrup şəxslərlə qabaqcadan əlbir olaraq, dini düşmənçilik zəminində qanunvericilikdə nəzərdə tutulmayan, terror təşkilatı kimi tanınan silahlı birləşmələrin (İŞİD-in) tərkibində vuruşublar. Dini məzhəbləri yaymaq, dini ayinlərin icrası altında Suriyada hökumət qüvvələrinə qarşı aparılan silahlı münaqişədə iştirak etmək məqsədilə "Xəttab" ləqəbli Dəyanət Yadigarovun dəvəti əsasında 29 iyun 2013-cü ildə Gürcüstana, oradan isə Türkiyənin Hatay vilayətinə gediblər. Hatayda şəxsiyyəti istintaqa məlum olmayan Həsən adlı şəxsin köməkliyi ilə qanunsuz olaraq Suriya ərizisinə keçiblər. Orada silahlı təlimlərdə iştirak ediblər, silahdan istifadə qaydalarını öyrəniblər.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 279-cu (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmə və ya qrup yaratma) və digər maddələrə əsasən ittiham olunublar.