Ötən gün vəzifəsindən azad edilən Bakı Lift-Təmir İstehsalat Birliyinin rəisi Qüdrət Şükürovun qızı Aysel Şükürova atası haqqında yayılan xəbərlərə aydınlıq gətirib.
Unikal.org xəbər verir ki, o atası haqqında yazılanla sosial şəbəkədə reaksiya verib.
"Mənim atam bu yerə fəhləliklə, öz savadı, gücü hesabına gəlib. O, kişi kimi insandı. Bəziləri kimi 5 arvad saxlamır. Evinə, ailəsinə bağlı adam olduğunu hər kəs bilir. Atam mənim fəxrimdir. Bizə vacib olan atamın can sağlığıdır. Heç kim onsuz da ölənə qədər işləmir. Mən atamı bilirəm o, heç kimin pulunu yeməz. Mənim atam alnı açıq, təmiz insandır. Hər yazılanla fikir verməyin".
Xatırladaq ki, Ayselin toyuna 400 min pul xərcləməyi ilə gündəmə gəlmişdi.