Bu gün - oktyabrın 5-də Bakıda arıçılıq məhsullarının sərgi-satış yarmarkası açılmalıydı.
Amma Kənd Təsərrüfatı Nazirliyindən Unikal.org-a bildirilib ki, hava şəraitinin kəskin şəkildə dəyişməsi ilə əlaqədar, vətəndaşların və yarmarka iştirakçılarının rahatlığı nəzərə alınaraq, bal yarmarkasının açılış mərasimi təxirə salınıb.
Qeyd edək ki, arıçılıq məhsullarının sərgi-satış yarmarkasının Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti, 10 ünvanında (Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisi) keçirilməsi nəzərdə tutulur.