Oktyabrın 1-i Xəzər rayonu, Binə qəsəbəsində baş verən dəhşətli qəza zamanı həmin gün növbədə olan keçid növbətçisi Qabil Rzayev danışıb.
Unikal.org xəbər verir ki, o, Real TV-yə açıqlamasında hadisənin təfərrüatlarını bölüşüb:
"Dejurnı zəng edib dedi qatar gəlir. Mən də çıxıb şlaqbaumu bağladım və bayrağı əlimdə tutub dayandım ki, qatarı yola salım. Həmin vaxt 160 saylı marşrut avtobusu qatarı sol tərəfindən vuraraq yoldan çıxartdı, qatar mən dayanan "plaşatkaya daxil oldu. Mən avtobosun yüksək sürətlə gəldiyini gördüm, əlimlə işarə edərək "girmə deyirdim, həmin vaxt mağaza sahiblərindən biri də avtobusun qabağına gedib yola girməməsini deyirdi. Qatar da keçidə çatmamışdan siqnal verə-verə gəlirdi.