"Son dövrlərdə bir qrup insanın Bakıda Dağlıq Qarabağ adı altında keçirdiyi müxtəlif kütləvi aksiyaların Qarabağla heç bir bağlılığı yoxdur.

Unikal.org  xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, bu, Azərbaycan xalqında çaşqınlıq yaratmağa xidmət edir: "Azərbaycanın ərazi bütövlüyü əsas şərt kimi gündəmdədir. Azərbaycan cəmiyyəti də bu məsələdə Prezidenti dəstəkləyir. Prezident aparılan danışıqlarla bağlı ictimaiyyət qarşısında hesabat verir. Xalq Prezidenti seçib, ona səlahiyyət verib ki, bu hüquq Prezidentə məxsusdur. İndi 1990-cı ilin təfəkküründə olan insanlar deyir mitinq keçirilməlidir ki, xarici təşkilatlar Prezidentə təzyiq edildiyini görsünlər. Belə çıxır ki, Azərbaycan Prezidenti hansısa güzəştə getməyə razıdır və ictimai təzyiqin nəticəsində güzəştlərə getmir. Bu nə düşüncədir, bu nə təfəkkürün məhsuludur?! Prezident tərəfindən ən kəskin mövqe bildirilib.