Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin müşaviri, tanınmış telejurnalist Tofiq Abbasovu bundan sonra "ANS"də görəcəyik.
Unikal.org bildirir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, T.Abbasov gələn həftədən "ANS"də yayımlanan "Nəzər Nöqtəsi" verilişinin yeni aparıcısı olacaq. Bu barədə sözügedən teleşirkətin rəhbərliyi tərəfindən T.Abbasova təklif gəlib və razılıq əldə olunub.
T.Abbasov Bakı Beynəlxalq Multikultiralizm Mərkəzindəki vəzifəsini saxlamaqla yanaşı həm də "ANS"in ən uğurlu layihələrindən birində müəllif-aparıcı kimi çalışacaq.
T.Abbasov Azərbaycan televiziyasının tanınmış simalarından biridir. O, uzun müddət AzTV-də, "Lider" kanalında analitik verilişlərin layihə rəhbəri və aparıcısı olub. Eyni zamanda siyasi icmalçı kimi də fəaliyyət göstərir.
Xatırladaq ki, bir neçə gün bundan əvvəl "Nəzər Nöqtəsi" verilişinin keçmiş aparıcısı İlhamiyyə Rza "ANS"dən ayrıldığını açıqlayıb.