Azərbaycan ordusunun ümumqoşun birlik və birləşmələri hava hücumundan müdafiə bölmələrinin planlı təlim-məşqləri keçirilib.

Bu barədə Unikal.org-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Praktiki döyüş atışları ilə icra olunan məşqlərdə şəxsi heyət şərti düşmənin hava hədəflərini aşkar edərək onları daşınan zenit-raket komplekslərindən məhv ediblər.