ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kasprşiklə Ermənistanın müdafiə naziri Seyran Ohanyan arasında telefon danışığı olub.
Unikal.org xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.
Məlumata görə, tərəflər Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki vəziyyəti müzakirə ediblər.