Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Muxtar Babayevlə Norveçin Azərbaycandakı müvəqqəti işlər vəkili Olav-Nils Thue arasında tanışlıq görüşü keçirilib.

Bu barədə Unikal.org-a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.
Görüş zamanı Azərbaycan və Norveç arasında ətraf mühit sahəsində fikir mübadiləsi aparılıb və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.