Qəbələdə orta yaşlı kişi yolda yıxılaraq ölüb.
Unikal.org-un trend-ə istinadən məlumatına görə, hadisə rayonun Zarağan kəndi ərazisində baş verib.
Kənd sakini, 1962-ci il təvəllüdlü Ağayev Zahir Bəşər oğlu kənd ərazisindən keçən yolun kənarında qəfil huşunu itirərək yıxılıb. Hadisə nəticəsində Z.Ağayevin başı yol kənarındakı səkiyə dəyib.
Z.Ağayev aldığı zədədən hadisə yerində ölüb.
Mərhumun yaxınları bildirib ki, Z.Ağayev uzun illər şəkər xəstəliyindən əziyyət çəkirmiş və tez-tez ürək getmələri olurmuş. Faktla bağlı Qəbələ rayon Prokurorluğunda araşdırmalar aparılır.