Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Unikal.org-a verilən məlumata görə, oktyabrın 8-də saat 11 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Lənkəran rayon sakini Hüseynağa Zəkiyev idarə etdiyi "Ford Transit markalı mikroavtobusu aşırıb. Nəticədə sürücü və sərnişinləri - Lerik rayon sakini Qəmər Salayeva və Davud Qasımov xəstəxanaya yerləşdirilib, Q.Salayeva orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.