Zimbabvedə həbsxanalarda yer olmadığına görə 2 minə yaxın məhbus azadlığa buraxılıb.
Unikal.org xarici KİV-ə istinadən bildirir ki, amnistiyaya yaşı 18-dən az olanlar və ömürlük cəza çəkən 2 nəfərdən başqa bütün qadınlar düşüblər. Bundan əlavə, sağalmaz xəstəliyə yoluxan, eləcə də həbs müddəti 3 ili keçməyənlər azadlığa çıxıb.
"Zimbabvenin 46 həbsxanası tam doludur. Prezident Roberta Muqabenin həmin fərmanı həbsxanalardakı məhbusların sayının azalmasına və qalanların saxlanma şəraitinin yaxşılaşmasına yardım edəcək", - ölkənin islah-əmək müəssisələrinin nümayəndəsi Pristilla Mtembo deyib.