Bakıda tüfeyli həyat tərzi keçirən şəxs küçədə dünyasını dəyişib.

Unikal.org Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsində, "Kubik" rəssamlıq kursunun qarşısındakı piyada keçidində baş verib.

Həmin vaxt piyada yolu ilə hərəkət edən Gennadi adlı tüfeyli həyat tərzi keçirən şəxs yolda huşunu itirərək yıxılıb.

Ətrafdakı şəxslər dərhal ona yardım edərək hadisə barədə Təcili Tibbi Yardım briqadasına məlumat versələr də, həkim briqadası hadisə yerinə çatana qədər o dünyasını dəyişib.

Meyit müayinə üçün məhkəmə-tibb ekspertizasına təhvil verilib. Müayinə zamanı meyitdə heç bir xəsarət izi aşkar edilməyib.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.