"Mənə qarşı silahlı terror aktı hazırlanmışdı, ancaq xoşbəxtlikdən bunu reallaşdıra bilmədilər.
Unikal.org xəbər verir ki, bu sözləri mia.az-a açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev səsləndirib. O bildirib ki, silahlı terror etmək istəyən şəxslərin məqsədi onu susdurmaq olub. Partiya sədri onu da nəzərə çatdırıb ki, bu dəfə onu hədəfə alanlar radikal müxalifət nüamyəndələri və onların havadarlarıdır:
"Öncə onu nəzərə çatdırım ki, mən hər zaman dövlətçiliyə, dövlət başçısına sadiq olmuşam. Ömrümün axırına qədər də bu yoldan dönməyəcəyəm. Bilirsiniz ki, mən dünən "Talk TV Azərbaycan"internet telekanalına geniş müsahibə verdim. Müsahibədə hakimiyyət daxilindəki xəyanətkar məmurları, o cümlədən Azərbaycan xalqını 25 ildir aldadan, xarici qüvvələrinəlində oyuncağa çevrilən, milli maraqlara zidd fəaliyyət göstərən radikal müxalifət qüvvələrini ifşa etmişəm. Gördüyünüz kimi, Prezident Nazirlər Kabinetinin iclasında da bu barədə mövqeyini ortaya qoydu, məmurlara xəbərdarlıq etdi. O cümlədən, "Qaçqınkomun keçmiş rəhbərliyinin yarıtmaz fəaliyyətindən ortaya çıxan problemlər gündəmə gəldi. Azərbaycan xalqı da görür ki, Hafiz Hacıyevin qaldırdığı məsələlər öz təsdiqini tapır. Bu fəaliyyətimə görə də təhdidlə üzləşirəm.
Dünən bir tədbirimiz var idi. Saat 11-də tədbir keçirilən yeri tərk edəndən sonra bir qrup terrorçu həmin məkana basqın edib məni öldürmək istəyiblər. Nömrəsiz BMW markalı avtomobillə gəliblər. 4 nəfər olublar, biri saqqalı. Hələlik hadisənin baş verdiyi yeri ictimiyyətə demək istəmirəm, yəqin ki, hüquq-mühafizə orqanlarına müraciətimdə hər şeyi detallı bildirəcəm. Bir onu deyim ki, Bakıda baş verməyib. Onlar tədbirin keçirildiyi yerə daxil olandan sonra "O şərəfsiz, alçaq hardadır, onu öldürəcəyik. Nə qədər bizdən danışacaq? deyiblər. Orda partiyamızın nümayəndələrini də təhqir ediblər.
Konkret kimlərdən şübhələndiyinə gəldikdə partiya sədri bunları deyib: "Mən sabiq nazir Ziya Məmmədov, Əli Kərimli, Cəmil Həsənli, "Qaçqınkomun sabiq rəhbərliyi barədə mütəmadi açıqlamalar vermişəm, onları ifşa eləmişəm. Görünən odur ki, artıq adlarını müxalifət qoyan qüvvələr mənə qarşı terror aktı keçirmək istəyirlər. Bunların əsas məqsədi odur ki, bir partiya sədrini, prezidentliyə nazmizədi qətlə yetirib ölkədə xaotik vəziyyət yaratsınlar. Amma məni Allah saxlayıb. Burada ortaya sual çıxır? Necə olur ki, nömrəsiz maşın hüquq-mühafizə orqanları tərəfindən yoxlanılmır. Silahlı adamlar əl-qolunu sallayaraq gəlib insanları təhdid edir. Partiya sədrinə qarşı terror etməyə cəhd göstərir. Bu, nəyin nəticəsidir? Deməli, burada maraqlı qüvvələr var.
Partiya sədri sonra Prezidentə və hüquq-mühafizə orqanlarının rəhbərliyinə müraciət ünvanlayıb:
"Mən burada əziz qardaşım, Prezident İlham Əliyevə mürqaciət edərk bildiriəm ki, mənə qarşı terror etmək istəyirlər. Mən ölümdən qorxmuram, amma ölkədə ara qarışmasını, Prezidentin və dövlətin təzyiq altında qalmasını istəmirəm. Xahiş edirəm ki, bu barədə ciddi araşdırma aparılsın. Yaxşı ki, mən həmin vaxt orda olmamışdım. Mənim mühafizəçilərim də var, qorunuram da. Əgər elə bir şey baş versəydi, çox dəhşətli hadisə ola bilərdi. Amma mənə terror etmək istəyənlərə deyirəm ki, bu addımı nə radikal müxalifətdəkilərə, nə də onlara havadarlıq edənlərə bağışlamayacağam. İnanıram ki, Prezident də mənim qorunmağım üçün, ölkədə aranın qarışmaması üçün lazımi göstəriş verəcək.