Fövqəladə Hallar Nazirliyi (FHN) Yasamalda restoranda baş verən yanğınla bağlı məlumat yayıb.
Unikal.org FHN-nin saytına istinadən məlumatına görə, Bakının Yasamal rayonunda dördmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 100 kv.m olan restoranın mətbəxinin taxtadan ibarət tavanı 4 kv.m sahədə və havatəmizləyici qurğuda yağ qalıqları yanıb.
Restoranın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.