ABŞ-nın Şimali Karolina ştatında okean üzərində iki hərbi təyyarə toqquşub.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, sahildən 40 km aralıda, Atlantik okeanı üzərində təlim uçuşu zamanı "McDonnell Douglas F / A-18" tipli iki döyüş təyyarəsi toqquşaraq suya düşüb.
 
Qəza nəticəsində ölən olmayıb. Hər iki  təyyarənin xəsarət alan 4 nəfər ekipaj üzvü xilas olunaraq xəstəxanaya aparılıb.
 
Qəzanın səbəbləri və təfərrüatları açıqlanmır.