May ayının 30-da qeyri iş günü olacaq.
Unikal.org xəbər verir ki, bu barədə məlumat ANS PRESS-ə Nazirlər Kabinetindən verilib.
Bildirilib ki, 28 May - Respublika Günü bu il şənbə gününə düşür. Buna görə də iş və istirahət günlərinin yerləri dəyişdiriləcək, 30 may qeyri-iş günü olacaq.
Xatırladaq ki, Əmək Məcəlləsinə əsasən, bayramlar şənbə və bazar günlərinə düşərsə, növbəti həftənin ilk iş günü istirahət günü hesab olunur.
Bununla da beşgünlük qrafiklə çalışanlar üç - şənbə, bazar və bazar ertəsi günü, altı gün işləyənlər isə 29-30 may tarixlərində istirahət edəcəklər.