Gəncə sakini Bakıya qonaq gəlməyinə peşman olub.
Unikal.org xəbər verir ki, onun, qohumunun yaşadığı binanın həyətində saxladığı avtomobili oğurlanıb. Maşının içində pul və sahibinə məxsus alətlər olub.
Hadisə Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi 153 ünvanında baş verib. Bakıdakı qohumlarıgilə qonaq gələn Emin Bağırov avtomobili onların həyətində saxlayıb. Səhəri gün isə maşını saxladığı yerdə tapmayıb.
Emin Bağırovun sözlərinə görə, oğurlanan maşın sonuncu dəfə Əmircan Bülbülə istiqamətində təhlükəsiz şəhər kameralarına düşüb. 6 gündür ki, avtomobilindən xəbər yoxdur.
Zərərçəkən deyir ki, binanın həyətində avtomobillərin parklanmasını təşkil edən nəzarətçi var. Üstəlik, ərazi 24 saat kamera nəzarətindədir.
Sözügedən nəzarətçini yerində tapa bilməsək də, Emin Bağırovun sözlərinə görə, parklanmaya cavabdeh olan şəxs də avtomobilin oğurlanmasını onunla birlikdə-səhər saatlarında öyrənib.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis bölməsindən bildirdilər ki, məsələ ilə bağlı araşdırmalar davam etdirilir.
https://www.youtube.com/watch?v=_Q7-CeojVYw