Bakıda fəaliyyət göstərən rusdilli "Novoe vremya qəzetinin redaksiyasında oğurluq hadisəsi olub.
Unikal.org xəbər verir ki, bu barədə qəzetin əməkdaşı Məzahir Məmmədli özünün feysbuk səhifəsində yazıb: "Bu gecə "Novoe vremya" qəzetinin redaksiyası dağıdılıb. Hazırda əməliyyatçılar hadisə yerində işləyir.
Məlumat üçün bildirək ki, "Novoe vremya" qəzetinin təsisçisi Musa Ağayev, baş redaktoru isə Şakir Habiloğludur.