Qusarda ayı mal-qaraya hücum edib.
Unikal.org-un qafqazinfo-ya istinadən verdiyi məlumata görə, Qusarın Suvacal kəndində, örüşə buraxılan mal-qara ayı hücumuna məruz qalıb. Kənd sakinlərinin sözlərinə görə, kənddə yaşayan Cavid Qayıtmazov, Ərziman İbrahimov və Zabit Qayıtmazovun 3 baş iribuynuzlu heyvanlarını ayı örüş sahəsində parçalayıb. Sakinlər hadisədən bir gün sonra xəbər tutub. Mal-qarasına ziyan dəymiş sakinlər bildiriblər ki, örüşə gedən heyvanlar geri qayıtmayıb.
Ertəsi gün həmin əraziyə baxdıqda görüblər ki, 3 baş inəyi ayı otlaq yerində parçalayıb.