Şamaxı rayonunda zəlzələ olub.
Bu barədə Unikal.org-a Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
İlkin məlumatlara əsasən, yerli vaxtla saat 08:27:58-də Qobustan stansiyasından 28 km cənub-qərbdə Şamaxı ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb.
Yeraltı təkanlar yerin 10 km dərinliyində, 3,4 maqnituda gücündə baş verib.