Eynulla Fətullayev həbsxanadakı olaydan danışdı
13:05 11-09-2012
SİYASƏT
Eynulla Fətullayev həbsxanadakı olaydan danışdı
"Obşak"ı qaytarmaq cəhdidir... "
"14 saylı cəzaçəkmə müəssisəsində sentyabrın 9-da baş verən olay oğru ideyası təbliğatçılarının müəssisədə rejim qaydalarını dəyişmək cəhdidir".
Bunu açıqlamasında "İnsan Haqları Uğrunda" İctimai Birliyinin sədri Eynulla Fətullayev söyləyib.
Eynulla Fətullayev deyib ki, 2000-ci illərə qədər digər MDB ölkələri kimi Azərbaycanda da cəzaçəkmə müəssisələrində "obşak"lar olub. Ancaq 2000-ci ildən bu hala qarşı ciddi mübarizə aparılıb və 2005-ci ildə cəzaçəkmə müəssisələrində bütün "obşak"lar yığışdırılıb: "İndi Azərbaycanda heç bir cəzaçəkmə müəssisəsində "obşak" yoxdur. Ümumiyyətlə, MDB məkanında yalnız Azərbaycan və Gürcüstanda cəzaçəkmə müəssisələrində "obşak" yoxdur. Gürcüstan prezidenti Mixail Saakaşvili də bu hala qarşı ciddi mübarizə aparıb".
Eynulla Fətullayev bildirib ki, köhnə dustaqlar "obşak"ı qaytarmaq üçün zaman-zaman cəhdlər göstərirlər: "Mənim cəza çəkdiyim 12 saylı müəssisədə də həmin vaxtlar 2-3 belə cəhd olmuşdu və həmin cəhdlərin qarşısı alınmışdı. 14 saylı cəzaçəkmə müəssisəsində də 30 məhbus buna cəhd edib. Bu cəhdin də qarşısı dərhal alınıb. Adətən, belə məhbuslar təcrid edilir. Onlar ya cərimə təcridxanalarına (kars) salınır, ya da məhkəmə qərarı ilə qapalı həbsxanalara göndərilirlər".
"İnsan Haqları Uğrunda" İctimai Birliyinin sədri Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətinin hadisə ilə bağlı məlumat yaymamasına da aydınlıq gətirib: "Çünki bu, ilk belə hadisə deyil. Yuxarıda da qeyd etdiyim kimi, 2-3 aydan bir təcridxanalarda belə cəhdlər olur".
Digər Xəbərlər
2024-11-22 16:52:45
2024-11-22 16:39:03
2024-11-22 16:22:26
2024-11-22 16:16:52
2024-11-22 12:08:23
2024-11-22 11:55:21
2024-11-21 23:44:15
2024-11-21 16:33:31
2024-11-21 15:56:17
2024-11-20 20:48:42
2024-11-20 18:18:44
2024-11-20 16:00:24
2024-11-20 14:48:12
2024-11-20 11:23:54
2024-11-20 10:14:04
2024-11-20 09:55:06
2024-11-20 01:08:25
2024-11-20 00:15:08
2024-11-19 18:39:46