Xəbər verdiyimiz kimi, Bakı şəhər Xətai rayonunda 24 yaşlı Səriyyə Abdullayeva yaşadığı evdə keçmiş həyat yoldaşı, əvvələr məhkum olmuş 27 yaşlı İlkin Abdullayev tərəfindən bıçaqlanıb.
Eks-arvadına 8 bıçaq zərbəsi vuraraq onu amansızlıqla qətlə yetirən İ. Abdullayev saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Qeyd edək ki, cütlüyün birgə nikahdan iki azyaşlı övladı var.
Unikal.org Xəzərəxəbər-ə istinadən S. Abdullayevanın fotosunu təqdim edir: