Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 181-ci maddəsi (quldurluq) ilə axtarışda olan Firuz Quliyev Belarusiya Respublikasının ərazisində saxlanılıb.
Bu barədə Unikal.org-a Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
F.Quliyev Azərbaycana ekstradisiya edilib.