Xəbər verdiyimiz kimi, Bakı şəhərinin Səbail rayonunda 54 yaşlı Sakit Abdullayev oğlu 18 yaşlı Faiqlə birlikdə evlərinə oğurluğa girən Əhəd Həsənovu qətlə yetirib.
Unikal.org hadisənin təfərrüatlarını öyrənib. Səbail Rayon Polis İdarəsi əməkdaşları Neftçi qurban küçəsində meyit aşkar ediblər. 25.10.2018-ci il tarixi gecə saatlarında Səbail Rayon Polis İdarəsi əməkdaşları tərəfindən qətlin üstü açılaraq, qətli törədənlər saxlanılıblar.
Məlum olub ki, 19.10.2018-ci il gecə saatlarında 1964-cü il təvəllüdlü, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Həsənov Əhəd Əli oğlu Səbail rayonu, Bayıl yaşayış sahəsi, Neftçi Qurban küçəsi, ev 35, mənzil 39 ünvanına daxil olaraq istilik batareyasını oğurlayırmış. Bu zaman ev sahibi 1964-də anadan olmuş Abdullayev Sakit Arif oğlu ilə dalaşmağa başlamış, Sakit Abdullayevi döyərkən ev sahibinin oğlu, 2000-ci ildə anadan olmuş Abdullayev Faiq Sakit oğlu atasının köməyinə gələrək, Əhəd Həsənovu arxadan bıçaqla vuraraq onu qətlə yetirib. Sonradan meyidi evdən çıxarıb, Neftçi Qurban küçəsinə atıblar.
Famil Fərhadoğlu