Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) şəhid hərbi qulluqçuların vərəsələri ilə bağlı sənədlər gəlir.
Unikal.org-un məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, sözügedən sənədlər araşdırılır və təsdiqlənir:
"Bundan sonra, ödənişlərin olunmasına başlanılacaq. Ödənişlər hissə-hissə olacaq. Birdəfəlik müavinətləri nazirlik birbaşa həmin şəxslərin hesabına köçürəcək. Bu prosesdə vətəndaşla birbaşa təmas olmayacaq".