Bakı Avrasiya Universitetində kadr dəyişikliyi olub.

Unikal.org Modern.az-a istinadən xəbər verir ki, 2012-ci ildən sözügedən universitetin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri vəzifəsini tutan, tanınmış jurnalist Şəfayət Avılbəyli rektorun köməkçisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Şəfayət Avılbəyli uzun müddət müxtəlif media orqanlarında və informasiya agentliklərində redaktor, baş redaktor vəzifələrində çalışıb. 2003-cü ildən Araşdırmaçı Jurnalistlər Liqasının baş katibidir.

Bakı Avrasiya Universitetinin mətbuat xidmətinin rəhbəri vəzifəsinə isə İqrar Eyvazov təyin olunub.