Salyan Rayon Polis Şöbəsinə oktyabrın 15-dən 25-dək olan müddətdə Yenikənd kəndindəki evlərin birindən 12850 manat pulun oğurlanması barədə müraciət daxil olub.

DİN-dən Unikal.org-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən ev sahibinin oğlu Hüseyn saxlanılıb.