Son həftə ərzində Ukraynanın polis əməkdaşları ölkə ərazisində üç "vor zakonun cinayətkar fəaliyyətinə son qoyublar. 

Unikal.org məlumat verir ki, bu barədə ölkənin Milli Polisi xəbər yayıb. Saxlanılan "qanuni oğruların üçü də xarici ölkələrin vətəndaşlarıdır.

Operativ məlumatlara görə, Ceyran Xonski kimi tanınan 41 yaşlı "vor zakon Ceyran Kintsuraşvili pərakəndə fəaliyyət göstərən avtomobil oğruları qrupları üzərində nəzarəti öz əlinə götürmək üçün Ukraynaya gəlibmiş.

Lakin o, buna müvəffəq ola bilməyib - oktyabrın 25-də Ceyran Xonski Xarkov hava limanında saxlanılıb və geriyə - Türkiyənin İstanbul şəhərinə deportasiya edilib. Bildirildiyinə görə, öz ölkəsində axtarışda olan "vor zakon son vaxtlar Türkiyədə yaşayır. Məlumata əsasən, Kintsuraşviliyə növbəti 5 il ərzində Ukraynaya daxil olmaq qadağan edilib.

Digər iki "vor zakon ukraynalı hüquq-mühafizə işçilərinə yaxşı tanışdır. Onlar dəfələrlə ölkədən deportasiya ediliblər, lakin bir müddət sonra saxta sənədlərlə yenidən geri qayıdıblar.

39 yaşlı Tengiz Çaraya (Tenqo Qalski) 2018-ci ilin aprelində 2012-ci ilə qədər Ukraynaya daxil olması qadağan edilməklə deportasiya olunubmuş. Bu dəfə o, ölkəyə Kiyevdən daxil olub. Bir il əvvəl elə həmin Kiyevdə o, sərhədi keçərkən saxlanılıbmış. 2016-cı ildən bəri Tenqo Qalski Ukraynaya 3 dəfə gəlib. Bildirilir ki, onun bura gəlməkdə məqsədi mənzil oğurluğu ilə məşğul olan qruplara nəzarəti həyata keçirməkdir.

Hazırda Tenqo Qalski Ukrayna Dövlət Miqrasiya Xidmətinin əcnəbilər üçün müvəqqəti saxlanma məntəqəsindədir. Tezliklə o, Ukraynadan deportasiya ediləcək.

Lakin sadaladığımız iki "qanuni oğru ilə müqayisədə 32 yaşlı azərbaycanlı, Dato Ağcabədinski kimi tanınan Cavid Məmmədov inadkarlığı ilə xüsusilə seçilir. 2018-ci ilin may ayından bəri o, müxtəlif regionlar vasitəsilə 4 dəfə Ukraynaya daxil olmağa cəhd edib. Baxmayaraq ki, ona hələ 2018-ci ilin iyul ayında ölkəyə daxil olmaq qadağan edilib.

Ukrayna Milli Polisinin başçısının birinci müavini Vyaçeslav Abroskin özünün "Facebook səhifəsində kriminal aləmin liderlərinin dönə-dönə ölkəyə daxil olmağa cəhd etmələrinin səbəbini izah edib.

Onun sözlərinə görə, Ceyran Xonski bildirib ki, Ukraynaya "dincəlməyə və istirahət etməyə gəlir, o biri saxlanılanlar da təxminən eyni sözləri deyirlər. Onlar barəsində qanunvericilik sərtləşdirilməyənə qədər, mütəmadi olaraq deportasiya edilmələrinə baxmayaraq, "qanuni oğrular Ukraynaya "müalicə olunmağa gələcəklər. Abroskin belə deyib.